"Müəllim təhsil verdiyi sinfin şagirdinə repetitorluq etməməlidir".
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazir bunun mənəvi cəhətdən düzgün olmadığını bildirib.
"Amma müəllim normal olaraq dərsdən sonra şagirdi ilə məşğul ola bilər”, - deyə nazir qeyd edib.
Emin Əmrullayev əlavə edib ki, növbəti 2 il ərzində müəllimləri sertifikasiya imtahanından keçirməklə onların maaşını artırmağa çalışacağıq:
"Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq”.