Zirvə Liseyinin bir qrup şagirdi Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.
Şagirdlərə universitetin zəngin maddi-texniki bazası, tədris olunan, eyni zamanda bu il açılan yeni ixtisasları barədə zəruri informasiyalar tədqim edilib.
Sonra məktəblilər BMU-nun laboratoriyalarını gəziblər. Onlar Biologiya laboratoriyasında mikroskopda hüceyrənin əsas bölünmə üsulları: “mitoz” və “meyoz” u əks etdirən slaydları əyani şəkildə izləyiblər. Universitetin Kimya-biologiya kafedrasının müəllimi Afaq Rzayeva şagirdlərə laboratoriyanın iş prinsipi haqqında məlumat verib.
Ekskursiya şagirdləri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.