Ötən gün Etibar Əliyev sertifikasiya imtahanları ilə bağlı Elm və Təhsil Nazirliyinin keçirdiyi iclasda Emin Əmrullayevin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60%-i oxuduğu mətndə əsas fikri başa düşmür" ifadəsinə sərt reaksiya verib.
TehsilMedia.az xəbər verir ki,
Etibar Əliyev nazirin bu fikrini tənqid atəşinə tutub. Ölkənin elm və təhsil naziri milləti təhqir edir. O hardan bilir ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür. O bildirib ki, Zirəddin heç belə danışmır. Nazir bu fikrinə görə, Azərbaycan xalqından üzr istəməlidir. Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Biblometrik göstəriciləri, nə məzmunu, nə də QS reytinqini izah edə bilir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir.
Deputat bildirib ki, nazirlə şəxsi Whatsapp yazışmasının Nazirliyə yaxın sosial şəbəkələrdə paylaşılmasının şahidi oldum. O nazirliyin yanında fəaliyyət göstərən İctimai Şuranın sədrinə bu məsələlərin müzakirəsini gündəliyə daxil edilməsini təklif edib. Eyni zamanda o sözügedən məsələ ilə bağlı təklif edib ki, şuranın iclası açıq keçirilsin, iclasa Elm və Təhsil Naziri Emin Əmrullayev və təhsil ekspertləri də dəvət olunsunlar.
TƏHSİL MEDİA