Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, professor Ramazan Məmmədovun “Şibyələrin tibb, farmakologiya və sənayedə istifadəsi” (“Medical, pharmacological and industrial use of lichens”) kitabı nəşr olunub.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, kitab əkinçilik, heyvandarlıq və bitkiçilikdən bəhs edir. Bu kitabda həyatın və kənd təsərrüfatının müxtəlif sahələrinə aid elmi tədqiqatların nəticələri çap olunub. Kitabın birinci fəslində şibyələrin (lichens) tibbi, farmakoloji və sənayedə istifadəsi haqqında məlumatlar verilib. Məlum olub ki, şibyələr istifadə sahələrinə görə son zamanlarda geniş marağa səbəb olub. Nəşrdə dərmanların istehsalında, müxtəlif boyaq maddələrinin alınmasında və qida sənayesində şibyələrin istifadəsi yolları yer alıb.