Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Qeyri-maqnit yarımkeçiricilərdə elektron spini” mövzusunda elmi seminar keçirilib.
Bu barədə
"TehsilMedia.az" a BDU-dan məlumat verilib.
Seminarda mövzu üzrə məruzə edən Bərk cisimlər fizikası kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Taryel İsmayılov bildirib ki, müasir dövrdə elmin əsas istiqamətlərindən biri olan spintronika və ya spin elektronikası bərk cisim sistemlərində spin sərbəstlik dərəcələrinin məqsədyönlü nəzarətinin və idarə olunmasının tədqiqini özündə ehtiva edir. Bunun bir qolu da yarımkeçirici əsaslı spintronikadır.
Məruzədə qeyri-maqnit yarımkeçiricilərdə spinlə bağlı hadisələrin araşdırılmasının nəticələri də təqdim olunub. Spin effektləri əsasında yaradılacaq cihaz və qurğuların daha sürətli, etibarlı və cüzi enerji sərfiyyatlı olacağı qeyd edilib.
Sonra müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.