Azərbaycan Texnologiya Universitetində (ATU) İsrailin Ben-Gurion Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Texnologiya Universitetini tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ramidə Xəlilova, Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dosent Rövşən Qasımov, Ben-Gurion Universitetini isə “Complex Data Analytics Lab” şöbəsinin rəhbəri Robert Moskoviç və “Data Science Research Center” üzrə inzibati menecer xanım Lee Eldin təmsil ediblər.
Görüş zamanı əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.