"Universitetlərimizdə bir çox ixtisaslar var ki, onların istehsalat təcrübəsi- yəni tələbələrin dediyi kimi bildirsək "praktika"sı nisbətən fərqli yanaşma tələb edir. İstehsalat təcrübəsinin formal yaxud qeyri-formallığından asılı olmayaraq, elə ixtisaslar var ki, bu proses onlarda nisbətən fərqli cür tənzimlənməlidir. Məsələn: regionşünaslıq ixtisası paytaxt Bakıdan kənarda, diplomatiya əlaqəli ixtisaslar başqa ölkələrdə keçirilə bilər. Amma mən bunu keçirilə bilər janrında deyirəm. Universitetlərimizdən biri olan ADA Universitetinin bu istiqamətdə bir addım atacağına şübhəmiz yoxdur".
Sonxeber.az-a istinad edərək bildiririk ki, bu sözləri açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. Onun fikrincə, burada istehsalat təcrübəsinin ölkə xaricində keçirilməsindən çox, biz ayrıca təcrübə proqramlarının olub olmamasını düşünməliyik:
Bu ixtisasların təcrübəsi xarici ölkələrdə keçirilə bilər - AÇIQLAMA"Burada söhbət təbii ki, xarici ölkələrdə təşkil olunan tələbələrimiz üçün təcrübə və karyera proqramından gedir. Bu vacibdir. Bildiyim qədərilə bununla bağlı bir neçə proqramlar var. Təcrübə və mübadilə proqramları, karyera planlaması proqramları var. Bunlar nə qədər çox olarsa, yerli universitetin əməkdaşlıq etdiyi, memorandum imzaladığı xarici ölkə universiteti vasitəsilə həyata keçirilərsə, bizim tələbələrimiz üçün bir o qədər yetərli olar. Tələbə kəsimi var ki, gedir xaricə və bu proqramlar sayəsində. Çox yox 1 həftə orada qalır. Qayıdandan sonra, həmin 1 həftəlik müddət onun həyatı üçün başqa bir məzmun kimi görünür. 1 həftənin təəssüratı sanki oxuduğu 4 il dövrün təəssüratı kimi hissləri görə bilirik. Tələbə öz tələbəliyini doğru yaşadıqda, bu onun istehsalat təcrübəsində öz təsdiqini tapdıqda o əmək bazarının tələbəlik istiqamətində daha dolğun və motivasiyalı şəkildə hərəkət edə bilər".