Bakı Dövlət Universiteti (BDU) Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xilasetmə” festivalında təmsil olunub.
Bu barədə "
TehsilMedia.az"a universitetdən məlumat verilib.
BDU üçün ayrılmış stenddə Universitetin tələbələri tərəfindən hazırlanmış müxtəlif layihələrin prototipləri sərgilənib. Eyni zamanda BDU-nun “TEKNOFEST- 2023” Aerokosmik və Texnologiya Festivalında I və III yerləri tutan layihələri komanda üzvləri tərəfindən festival iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, festivalda müxtəlif yerli universitetlər, dövlət və özəl sektor nümayəndələri iştirak edib.