Bakı Slavyan Universitetində (BSU) iyun ayının 1-də başlayan 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
BSU-dan "
TehsilMedia.az"a bildirilib ki, sessiya ərzində ümumilikdə 1416 imtahan keçirilib.
İmtahanlarda 3868 tələbə iştirak edib.
BSU-da ilk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanalar mərkəzləşdirilmiş qaydada təşkil olunub. Əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
İmtahan sessiyasında yarana biləcək neqativ halların operativ şəkildə araşdırılması məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərib. Apellyasiya komissiyasına sessiya dövründə 362 müraciət daxil olub.