Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Gənclər Təşkilatı və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının birgə təşkilatçılığı ilə tələbələr üçün karyera quruculuğu istiqamətində fərdi konsultasiyalar təşkil olunub.
Bu barədə "
TehsilMedia.az"a BDU-dan məlumat verilib.
Konsultasiyaların keçirilməsində məqsəd tələbələri əmək bazarının tələbləri ilə tanış etmək, onları bu istiqamətdə maarifləndirməkdir. Layihə tələbələr tərəfindən maraqla qarşılanıb. Konsultasiyanın gedişində tələbələrin mövzu ətrafında sualları cavablandırılıb, layihənin mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılıb.
Konsultasiyada düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı, rezüme və istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular müzakirə edilib.