“Sabah” kurslarının müəllimi Tahir Zeynalov vəfat edib.
"
TehsilMedia.az"ın məlumatına görə, müəllimin ölümünə səbəb minik avtomobilinin onu vurması olub.
Hadisə gecə saatlarında Yasamal rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Tahir Zeynalov ağır xəsarət alaraq hadisə yerində vəfat edib.
Məlumata görə, T.Zeynalov “Sabah kursları”nın müəllimi olub. O, anadan olduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.