Dekabrın 12-də Mingəçevir Dövlət Universitetinin (MDU) kollektiv üzvləri müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Bu barədə
"TehsilMedia.az" a MDU-dan bildirilib.
Abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.