Dekabrın 12-də AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlarının rəhbərləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Bu barədə
"TehsilMedia.az" a AMEA-dan məlumat verilib.
Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.