Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ötən il ərzində tədrisdə və sosial-ictimai həyatda xüsusi fərqlənən tələbələrlə görüş keçirilib.
Bildirilib ki, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov Pedaqoji Universitet rəhbərliyinin daim tələbələrin təşəbbüslərini dəstəklədiyini, onlar üçün müvafiq tədris və sosial şəraitin təmini, innovativ yanaşmaların tətbiqi istiqamətində davamlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor tələbələri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb,
Görüşdə təhsildə yüksək akademik nəticələr göstərən və ictimai-sosial həyatda fəallığı ilə seçilən 34 tələbəyə universitet rəhbərliyi adından fəxri fərmanlar təqdim edilib.
Təəssüratlarını bölüşən tələbələr onları maraqlandıran məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.