2022-2023-cü tədris ili üzrə 546 nəfər ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul olub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "
TehsilMedia.az"a bildirilib ki, onlardan 61 nəfəri şagird sayı 500-dən çox olan, 275-i şagird sayı 151-500 arası olan, 210-u şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul olub.