![](https://tehsilmedia.az/uploads/posts/2023-05/1683716567_100il.jpg)
Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aida Ağayevanın təşkilatçılığı və 1c sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı sinifdaxili tədbir keçirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat yolundan, həyata keçirdiyi mühüm islahatlardan bəhs olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin fəaliiyətində təhsil sahəsi əsas prioritet istiqamətlərdən biri idi. Ümummilli liderin söylədiyi konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verib. Ulu Ğndər Heydər Əliyev milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin xüsusi rolu olduğunu həmişə vurğulamışdır. Sonra tədbirdə şagirdlər ümummilli lider Heydər Əliyev haqqında şeirlər söyləyib, mahnı oxuyublar. Onun həyatından bəhs edən videoçarx nümayiş olunub. Həmçinin "Sən elə bir zirvəsən"adlı divar qəzetinin təqdimatı keçirilib.