AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 7-ci nömrəsi çapdan çıxıb.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, jurnalda ədəbiyyat, dilçilik, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub. Nəşrdə akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev və Azərbaycanda elmi tərəqqi” məqaləsi təqdim olunub.
“Ədəbiyyat” bölməsində “Heydər Əliyev və türk ədəbiyyatı problemləri”, “XIX əsr Osmanlı ədəbiyyatında sənədli nəsrin formalaşması”, “N.Gəncəvinin “Xosrov və Şirin” poemasında və türk epos nümunələrindəki qadın obrazlarının tipoloji təhlili”, “Şəhabəddin Söhrəvərdinin “Luğət-e muran” əsərinin təhlili”, “Nazim Hikmət və Azərbaycan ədəbi mühiti”, “Azərbaycan türkologiyasında qadın mövzusu” və s. məqalələr yer alır.
“Tarix, etnoqrafiya və siyasi elmlər” və “Dilçilik” bölmələrində isə Azərbaycan və ibri dillərində tabeli və tabesiz mürəkkəb cümlələrin tədqiqi tarixindən, XVII-XVIII əsr Səfəvi tarixinə dair Osmanlı mənbələrindən, regiondakı etnomədəni proseslərin əksi kimi antik dövrdə Cənubi Qafqazda ticarət əlaqələrindən və s. bəhs edilir.