Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimləri - Aygül Eyyubova və Vüsalə Məmmədova Təhsil-2 fakültəsinin 219b və 220a qrup tələbələri ilə birgə Müasir İncəsənət Muzeyinə ekskursiya ediblər.
Bu barədə "tehsil.media"a ADU-dan bildirilib.
Onlar müxtəlif rəsm əsərləri, heykəltəraşlıq nümunələri ilə tanış olub, yaranma tarixləri və avanqard incəsənətin incəliklərinə yaxından şahid olublar.