Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Dünya ölkələrində sertifikasiya necə həyata keçirilir?

Dünya

16-06-2023, 10:00

Dünya ölkələrində sertifikasiya necə həyata keçirilir?


Yeni yüzilliyin başlanğıcında bir çox ölkələrdə milli təhsil sistemlərinin yenilənməsi və islahatı prosesləri başlandı.

Ümumi tendensiya təhsilin keyfiyyətinin artırılması məqsədilə vahid təhsil standartlarının tətbiqi idi. Gələcək müəllimin peşə hazırlığı prosesi təhsil müəssisələrində təhsil aldığı dövrlə bitmir. Bu, məktəbdə ibtidai uyğunlaşma dövründə (induksiya dövrü) və sonrakı peşə fəaliyyətində də davam edir. Müəllimlərə öz səriştələrini inkişaf etdirmək və genişləndirmək səylərində dəstək sürətlə dəyişən dünyada həyati əhəmiyyət daşıyır. Demək olar ki, bütün ölkələrdə müəllimlərin səriştələrinin inkişaf səviyyəsinin qiymətləndirilməsi zəruriliyi etiraf olunur. Bu qaçılmaz zərurət təhsil sistemlərinə və təhsilverənlərə nə qazandırır:

- müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edir;

- pedaqoji mədəniyyətdə və təcrübədə dəyişikliklər prosesinə yardım göstərir;

- yeni səriştələrin formalaşmasına imkan verir;

- tədrisin nəticələrinə nəzarətin təmin edilməsində mühüm rol oynayır ki, bu da onların təkmilləşdirilməsinə kömək edir;

- Bu, müəllimə steykholderlər (maraqlı şəxslər və ya qurumlar) tərəfindən etimad dərəcəsini artırır.

Bu hədəflərə çatmaq üçün ayrı-ayrı ölkələrdə təhsil işçilərinin sertifikatlaşdırılması həyata keçirilir. Məsələn, ABŞ-da müəllimlərin sertifikatlaşmasını/attestasiyasını milli standartlar üzrə xüsusi təşkilatlar təşkil edir.

ABŞ-da müəllimlərin peşə səriştələrinin qiymətləndirilməsi müxtəlif yollarla, o cümlədən sertifikatlaşdırma vasitəsilə həyata keçirilir. İki aparıcı təşkilat - 1987-ci ildə yaradılmış Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şurası (National Board for Professional Teaching Standards - NBPTS) və Yeni Müəllimləri Qiymətləndirmə və Dəstəkləmə Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium - INTASC) birgə səylərlə müəllimlərin milli standartlarını hazırlayıb. Pedaqoqların bu yüksək standartlara uyğunluğu “çərçivə”, yəni, tövsiyə xarakteri daşıyır. Müxtəlif ştatlarda standartlar və onlara uyğun səriştələrin sayı fərqlidir. Ayrı-ayrı ştatlarda peşəkar inkişaf səviyyələri də fərqli şəkildə müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, NBPTS sertifikatı pedaqoji fəaliyyətə giriş üçün lazım olan dövlət sertifikatının əvəzi deyil (tam təhsil kursunu bitirdikdən sonra pedaqoji kolleclərin bütün məzunları bunu alır). Beləliklə, NBPTS sertifikatı - peşədə yüksək nailiyyətlərin sübutudur. Məktəbdə ən azı 3 il tam iş təcrübəsi olan müəllimlər bu sənədi əldə edə bilərlər. Milli Şura tərəfindən təşkil olunan sertifikatlaşdırma - peşəkar pedaqoji ictimaiyyətin iştirakı ilə aparılan, könüllü, praktikaya yönəldilmiş, müəllim əməyinin mürəkkəb, çoxşaxəli xarakterini nəzərə alan prosesdir. Milli Şura müstəqil, qeyri-kommersiya təşkilatıdır və qərarların qəbulunda məktəb müəllimləri bütün mərhələlərdə birbaşa iştirak edirlər. Milli Şura təhsil keyfiyyətinin artırılmasında maraqlı olan tərəfdaşlarla - dövlət və regional hakimiyyət orqanları, qeyri-hökumət təşkilatları, universitetlər və digər tərəflərlə sıx əməkdaşlıqda çalışır. Sertifikatlaşdırma 25 fənn sahəsi və 7 yaş kateqoriyası üzrə aparılır. Sertifikat 5-10 il müddətində qüvvədədir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra onu yeniləmək olar. Bunun üçün bir qayda olaraq, sertifikatlaşdırma dövrünün bütün mərhələlərini təkrar keçmək tələb olunmur.

Avstraliyada 4 ixtisas səviyyəsi var: təhsil kursunu bitirmiş ali təhsil müəssisəsinin məzunları, mütəxəssislər, yüksəkixtisaslı pedaqoqlar və aparıcı pedaqoqlar. Üstəlik, pedaqoq adına iddia edən namizədlərin seçilməsi universitetlərə qəbul olunmazdan əvvəl keçirilir. Pedaqoji təhsil aldıqdan sonra isə yeni işə başlayan mütəxəssislər müəllim vəzifəsinə qeydiyyata götürülür. Bu müddət ərzində müəllim adına iddiaçılar tədris və təhsilin təhlili, mentorla iş haqqında məlumatlar, inkişaf proqramları və onun həyata keçirilməsi ilə bağlı nəticələr olan portfolionun toplanması ilə illik uyğunlaşma dövründən keçirlər. Avstraliyada sertifikatlaşdırmanın vəzifələri aşağıdakılardır:

- müəllimin təmin etdiyi tədrisin keyfiyyətini müəyyənləşdirmək;

- müəllimlərə peşə fəaliyyətində özünürefleksiya (özünü təqdimetmə) imkanı vermək;

- nəticələrinin tanınması və ya təhsil müəssisələrinin yüksəkixtisaslı, aparıcı əməkdaşlarının mükafatlandırılması/təşviqi ilə keyfiyyətli tədris sisteminin təmin edilməsi.

Yaponiyada sertifikasiya prosesində “üç səviyyəli sınaq” tətbiq olunur: 1)pedaqoji nəzəriyyə üzrə test; 2)konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr; 3)namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar bacarıqlarının, dəyərli mövqelərinin qiymətləndirilməsi. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və prefekturaların (inzibatı ərazi vahidləri) rəhbərləri tərəfindən aparılır.

Almaniyada müəllimlik statusu almaq hətta magistrantlara belə mümkün deyil. Ali məktəbin məzunu müəllim hazırlığının iki mərhələsindən keçməlidir:

* nəzəri - universitetdə təhsil almaq və birinci dövlət imtahanından keçmək;

* praktiki reenerdariat - təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək.

Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və kollokvium mövzusu üzrə müstəqil yazılı iş (şifahi imtahan).

Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar. Müəllimin sonrakı peşəkar inkişafı xidməti qiymətləndirmə ilə müəyyən edilir.

Avropa ölkələrində, ABŞ-da, Avstraliyada pedaqoqların peşə fəaliyyətinin qiymətləndirilməsində aşağıdakı oxşar meyillər aşkar edilir:

- bu gün təhsilin modernləşdirilməsi prosesinin mərkəzi fiquru müəllimdir, təhsilin keyfiyyəti məhz ondan asılıdır;

- müəllimlər tərəfindən peşəkarlıq səviyyəsinin artırılması üçün müxtəlif maddi və qeyri-maddi stimullardan, həmçinin normativlərdə əksini tapmış, praktik fəaliyyətə başlamaq üçün pedaqoji ixtisas səviyyəsinin icbari qiymətləndirilməsindən istifadə olunur.

Ukraynada müəllimlərin sertifikatlaşdırılması ilk pilot layihə olaraq 2019-cu ildə keçirilib, o zaman 857 qeydiyyatdan keçmiş 705 pedaqoq sertifikatlaşdırmada uğur qazanıb. 2020-ci ildə könüllü sertifikatlaşdırma üçün 2000 kvota üzrə 1591 nəfər qeydiyyata alınıb. 902 ibtidai sinif müəllimi sertifikatlaşdırma prosedurundan uğurla keçib. 2021-ci ilin fevralından başlanan sertifikatlaşdırmada isə 2000-dən çox pedaqoq iştirak edib. Rəqəmlər ukraynalı müəllimlərin sertifikatlaşmaya artan marağını əks etdirir. Ukraynada sertifikasiya könüllüdür, pedaqoq prosesin istənilən mərhələsində iştirakdan imtina edə bilər. Sertifikat üç il müddətindədir. Güman edilir ki, gələcəkdə “Yeni Ukrayna məktəbi” islahatının inkişafı ilə əlaqədar sertifikatlaşdırma müəllimlərin attestasiyasını əvəz edəcək. Ukraynanın Təhsil Ombudsmanı Xidməti hesab edir ki, sertifikatlaşdırma müəllimə ixtisas dərəcəsi vermək üçün əsasdır. Ombudsman Xidməti sertifikatlaşdırma və ixtisaslaşma arasında fərqləri müəyyən edir. Qanuna görə, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçmək müəllimin attestasiyadan keçməsi kimi hesablanır, həmçinin ona müvafiq ixtisas kateqoriyası və ya pedaqoji ad verilməsində əsas olur. “Əgər müəllim sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçibsə, ona sertifikat verilir ki, o, növbəti ixtisas kateqoriyasına və ya pedaqoji ada layiq görülsün”, - deyə Ombudsmanın mətbuat xidməti qeyd edir.

Qeyd olunur ki, sertifikatlaşdırma müəllimlərin peşəkar səlahiyyətlərinin xarici qiymətləndirilməsidir. Onun məqsədi bacarıqlı, tədris metodlarını və yeni təhsil texnologiyalarını bilən, onların yayılmasına kömək edən yüksək səviyyəli müəllimləri müəyyənləşdirmək və təşviq etməkdir. Ukraynada sertifikatlaşdırmadan uğurla keçmək əməkhaqlarında 20% artım əldə etməyə imkan verir və növbəti (növbədənkənar) attestasiyadan keçmək kimi qiymətləndirilə bilər.

Rusiya Federasiyasında pedaqoji kadrların peşəkar standartına yönəldilmiş sertifikatlaşdırılma sisteminin tətbiqində xarici təcrübədən fəal istifadə olunur. Xarici təcrübənin təhlili deməyə əsas verir ki, müəllimlərin peşə ixtisaslarının və səriştələrinin sertifikatlaşdırılması təhsilin yüksək keyfiyyətini təmin etmək üçün səmərəli ictimai-dövlət tədbiri ola bilər. Rusiyada attestasiyanın əsas vəzifələri aşağıdakı kimi müəyyən olunub:

- pedaqoji işçilərin ixtisas səviyyəsinin, onların metodoloji mədəniyyətinin, şəxsi peşə inkişafının məqsədyönlü, fasiləsiz yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi;

- pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması;

- pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi;

- təhsil müəssisələrinin kadr heyətinin formalaşdırılması zamanı dövlət təhsil standartlarının tələblərinin nəzərə alınması;

- pedaqoji işçilərin ixtisasının artırılması zərurətinin müəyyənləşdirilməsi;

- Pedaqoji işçilərin əməkhaqqı səviyyəsinin fərqləndirilməsini təmin etmək.

Qazaxıstanda isə normativ-hüquqi sənədlərdə edilən dəyişikliklərə müvafiq olaraq bu ildən pedaqoji ali məktəblərin məzunlarının sertifikasiyasına başlanılıb. Normativ-hüquqi sənədlərdəki dəyişikliklərə uyğun olaraq, artıq bu ixtisasa daxil olacaq pedaqoji istiqamətlərin məzunları sertifikatlaşdırmadan keçəcəklər. Yəni, bu peşəyə ilk dəfə başlayanlar milli ixtisas testinin sertifikatına sahib olmalıdırlar. Onlar məktəbə qəbul edildikdən sonra pedaqoji bacarıqlarını praktikada göstərməli, sertifikat almalı, pedaqoji ixtisas dərəcəsi əldə etməli və yalnız bundan sonra müəllim kimi işləyə bilərlər.

Beləliklə, müasir çağırışlar dövründə Yeni Müəllimin hazırlanması dünyanın fərqli ölkələrində həyata keçirilən sertifikasiya proseslərinın əsas hədəfi olmaqla, xüsusi aktuallıq kəsb etməkdədir. Bu məsələ həm də 2030-cu ilədək BMT-nin əsas hədəflərindən olan IV Dayanıqlı İnkişaf Məqsədlərinə (Keyfiyyətli təhsil) nail olunmasını nəzərdə tutur ki, məqsəd yaxın 10 il ərzində ixtisaslı müəllimlərin sayının artırılmasını təmin etməkdir.

Oxunub: 266
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

21-05-2023, 19:54

Kürdəmirdə sertifikasiya prosesinə hazırlıq məqsədi ilə sınaq imtahanı təşkil olunub

Peşə təhsili

15-06-2023, 13:30

Baş nazir peşə təhsili ilə bağlı qərar imzalayıb

Peşə təhsili

22-05-2023, 20:15

Peşə təhsilində yeni metodların tətbiqinə dair seminar təşkil edilib

Peşə təhsili

24-05-2023, 13:21

2026-cı ildə peşə məktəblərinə qəbul olan tələbə sayı 50 faiz artacaq

Məktəblər

30-05-2023, 15:24

Yeni tədris ilində 114 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayacaq

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Bugün, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
Bugün, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Bugün, 14:26
AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
Bugün, 14:26
Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
Bugün, 14:25
Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Bugün, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • Bugün, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • Bugün, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • Bugün, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • Bugün, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • Bugün, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • Dün, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • Dün, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • Dün, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • Dün, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • Dün, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • Dün, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • Dün, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • Dün, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • 30-07-2025, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • 30-07-2025, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • 30-07-2025, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • 30-07-2025, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
Dün, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Bugün, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
31-07-2025, 12:35
Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə