Ölkədə 270 minə yaxın tələbə var. 5000-ə yaxın isə yataqxana yeri var.
tehsil.media xəbər verir ki, bunu təhsil eksperti
Elşən Qafarov deyib. Say baxımından tələbatı ödəməyən bu yataqxanaların bir qismində isə vaxtilə məcburi köçkünlər yerləşdirilib. Buna görə də kirayə evlərə üz tutublar. Ekspert yataqxana ödənişinin də tələbə büdcəsinə uyğun olmadığını deyir.
Bölgələrdə isə vəziyyət bir qədər fərqlidir. Bölgələrdə universitetlərin infrastrukturunun qurulması və dəyişdirilməsi üzrə xeyli işlər aparılıb. Bölgələrdəki yataqxanaların vəziyyəti Bakıdakı yataqxanalar ilə müqayisədə daha ürəkaçandır.
Çox təəssüf olsun ki, ölkənin qabaqcıl ali təhsil müəssisələrindəki vəziyyət daha acınacaqldır Elşən Qafarov bildirir ki, bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması baxımından xarici təcrübədən faydalanmaq lazımdır. Məsələn, Türkiyə bu sahədə ayrı-ayrı fondlar və iş adamları vasitəsilə, eyni zamanda dövlət dəstəyi ilə yataqxanaların tikintisini təmin edir. Tibb Universitetindən bildirildi ki, təhsil müəssisələrinin nəzdindəki yataqxanaların vəziyyəti qənaətbəxşdir.
Qiymətlər otaq tutumundan asılı olaraq aylıq 60-90 manat arasında dəyişir.