Müddətli müqavilə ilə vakansiya seçimində iştirak edən müəllimlər işğaldan azad olunmuş ərazilərdə işləmək imkanı qazana bilərlər. Böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində Füzuli və Şuşa şəhərlərində təhsil müəssisələrinin bərpası nəticəsində mövcud olan vakant yerlər müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
tehsil.media xəbər verir ki, Təhsil İnstitunun İnsan resursları mərkəzinin direktoru
Nurlan İsmayılbəyli bildirib ki, hazırda müxtəif fənlər üzrə vakansiyalar mövcuddur.
Mərkəzin direktoru bildirib ki, sistemə yeni vakant yerlər daxil edilib. Namizədlər. şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və ərizələrini təsdiq etməldirlər.
Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işəqəbul turlarında yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turda iştirakı təmin olunmayacaq.