Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Varşavada “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi baş tutub - FOTO

Gündəm

23-11-2023, 15:44

Varşavada “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi baş tutub - FOTO


Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası XİN Beynəlxalq İnkişafa Yardım Agentliyi və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının dəstəyi ilə Varşavada Milli Etnoqrafiya Muzeyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilmiş və “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi təşkil edilib. Sərgidə Polşa Respublikasının Xarici işlər Nazirliyinin nümayəndələri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

tehsil.media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Milli Etnoqrafiya Muzeyinin direktoru Maqdalena Vroblevska, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli, Gürcüstan Milli Muzeyinin Baş kuratorunun müavini Tebrone Nadiradze, Polşanın Vitold Pilecki İnstitutunun nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Yeji Roxojinski çıxış ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir N.Qurbanova tədbirin təşkilində göstərdiyi dəstəyə görə Gürcüstan Milli Muzeyinə, Heydər Əliyev Fondu, eləcə də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasına təşəkkürünü bildirib. Səfir Azərbaycan ərazisində suveren feodal dövlət qurumlarının - xanlıqların yaradılmasının xalqımızın çoxəsrlik tarixinin mühüm mərhələlərindən biri olduğunu diqqətə çatdırıb. O, belə xanlıqlardan birinin XVIII əsr Azərbaycanın ən görkəmli dövlət xadimlərindən biri olan Cavanşir tayfasının Sarıcalı oymağından Pənah Əli xan Cavanşir tərəfindən əsası qoyulan Qarabağ xanlığı olduğunu vurğulayıb. Səfir, həmçinin Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri barədə məlumat verərək onun əsasının 1752-ci ildə qoyulduğunu bildirib, ilk əvvəl Pənahabad adlanan şəhərin tez bir zamanda Qarabağın iqtisadi mərkəzi kimi Azərbaycanın əsas ticarət və sənətkarlıq şəhərlərindən birinə çevrildiyini söyləyib.

Səfir əlavə edib ki, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində öz suverenliyini tam təmin edib. O, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin azad olunması ilə ölkəmizin zəngin mədəni irsinin bərpası, eləcə də regionun yenidən qurulması və iqtisadi dirçəliş prosesinə start verilməsi barədə qonaqlara məlumat verib.

O, “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabında Qarabağın parlaq irsinin bir hissəsi olan 300-dən çox artefaktın təsviri olduğunu, onun 2022-ci ildə nəşrinin Qarabağın ürəyi olan Şuşa şəhərinin 270 illik yubileyinə təsadüf etdiyini bildirib. Sözügedən kitabın nəşrinin Azərbaycan və Gürcüstanın akademik dairələri və vətəndaş cəmiyyəti nümayəndələri arasında səmərəli əməkdaşlığın gözəl nümunəsi olduğunu qeyd edən səfir ötən il kitabın Gürcüstanda keçirilən təqdimatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respubikasının Baş naziri İrakli Qaribaşvilinin iştirak etdiyini xüsusi vurğulayıb. N.Qurbanova kitabın Polşada tarixçi və sənətşünasları Qarabağın və bütövlükdə Azərbaycanın tarixini araşdırmağa həvəsləndirəcəyinə ümid etdiyini söyləyib.

Milli Etnoqrafiya Muzeyinin direktoru M.Vroblevska rəhbərlik etdiyi muzeyin belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, eyni zamanda səfirliklə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. Daha sonra rəhbərlik etdiyi muzey barədə qonaqlara məlumat verib.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri E.Əsgərov Azərbaycanın Cənubi Qafqazın digər ölkələri ilə birgə uzun illər Rusiya imperiyasının, daha sonra SSRİ-nin tərkibində olduğunu, ölkənin və regionun tarixi, arxeologiya və etnoqrafiyası barədə bütün əsas araşdırmaların məhz həmin illərə təsadüf etdiyini bildirib. E.Əsgərov Rusiya tərəfindən Tbilisidə yaradılan Qafqaz muzeyinin əməkdaşlarının müxtəlif illərdə Qafqazın müxtəlif regionlarına, o cümlədən Qarabağa ekspedisiyalar təşkil edib çox sayda artefaktlar toplayaraq muzeyə gətirməsi və bu materialların əksəriyyətinin açılmadan və tədqiq olunmadan muzeyin anbarlarında qalması barədə məlumat verib.

Daha sonra o, kitaba arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan təqribən 300-nün daxil olunduğunu qeyd edərək bu materialların Qarabağ regionunun tarixi, mədəniyyəti, məişəti, inancı barədə məlumatları əks etdirdiyini və həmin artefaktlar vasitəsilə regionda aparıcı mədəni kimliyin məhz Azərbaycan kimliyi olmasını müəyyən etdiyini əlavə edib.

Tədbirdə təqdimatla çıxış edən digər natiqlər - Roma Sapienza Universitetinin tədqiqatçısı, professor D.P.Vinçelli, Gürcüstan Milli Muzeyinin Baş kuratorunun müavini T.Nadiradze, Polşanın Vitold Pilecki İnstitutunun nümayəndəsi, tarix üzrə fəlsəfə dokturu Y.Roxojinski Qarabağın tarixi, mədəniyyəti, etnik tərkibi, burada mövcud olan Qafqaz Albaniyasının xristian irsi, regiona müxtəlif illərdə təşkil edilmiş ekspedisiyalar, bu ekspedisiyaların nəticələri, əldə edilmiş artefaktlar barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Milli Etnoqrafiya Muzeyində baş tutan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı və “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Sərgi ziyafətlə davam edib.

Yuxarıda qeyd olunan kitabın ikinci təqdimatı və sərginin açılışı, həmçinin Polşanın nüfuzlu özəl qalereyalarından birində təşkil edilib. Qeyd edək ki, ictimaiyyət üçün açıq olan sərgi bir həftə ərzində davam edəcək.

Varşavada “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi baş tutub - FOTO

Varşavada “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi baş tutub - FOTO

Varşavada “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” sərlövhəli sərgi baş tutub - FOTO

Oxunub: 138
Paylaş:
Digər xəbərlər

Ali təhsil

25-10-2023, 13:46

“Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda görüş keçirilib - FOTO

Ali təhsil

23-06-2023, 22:03

Xarici diplomatlar üçün keçirilən ixtisasartırma təlimləri başa çatıb

Ali təhsil

1-11-2023, 15:10

BDU tələbələri Qərbi Azərbaycanın tarixi və mədəni irsi barədə məlumatlandırılıb - FOTO

Ali təhsil

9-11-2023, 10:11

Corc Vaşinqton Universitetində Şuşa və Qarabağla bağlı kitabların təqdimatı keçirilib - FOTOLAR

Ali təhsil

20-05-2023, 05:16

BSU-nun bir qrup professor-müəllim heyəti Polşada X Beynəlxalq Asiya Konqresində olublar - FOTO

Araşdırma
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Elm və Təhsil
Dün, 12:31
Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
Dün, 12:30
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
Dün, 12:29
Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
Dün, 12:28
Minə yaxın namizəd imtahan verəcək
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 12:31
    Bağçalarda ən çox müəllim yeri boş olan BÖLGƏLƏR
  • Dün, 12:30
    Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ
  • Dün, 12:29
    Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlərin nəzərinə!
  • Dün, 12:28
    Minə yaxın namizəd imtahan verəcək
  • 2-08-2025, 17:01
    Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
  • 2-08-2025, 14:28
    Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
  • 2-08-2025, 14:27
    Ali təhsil hansı ölkələrdə pulsuzdur? - Avropada tələbələrə böyük FÜRSƏT
  • 2-08-2025, 14:26
    AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib
  • 2-08-2025, 14:26
    Məktəblilərimizdən dünya miqyasında böyük nailiyyət
  • 2-08-2025, 14:25
    Misirdə 800 şagirdə məktəb çantası hədiyyə edildi
  • 1-08-2025, 17:49
    Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
  • 1-08-2025, 13:28
    Azərbaycan əlifbası və dili kimliyimizin sütunudur!
  • 1-08-2025, 13:27
    İrlandiyada məktəblilər üçün qiymətləndirmə sistemi dəyişir
  • 1-08-2025, 13:26
    Bütün ölkələrdə fənn üzrə vahid dərsliyin tətbiqi varmı?
  • 1-08-2025, 13:25
    DİM-dən 22, 29 iyun və 8 iyul imtahan iştirakçılarına müraciət
  • 1-08-2025, 13:24
    53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkarlanıb
  • 1-08-2025, 00:20
    Qumar və Alkoqol Asılılığı: Müasir Cəmiyyətin Görünməyən Təhlükəsi.
  • 1-08-2025, 00:19
    DİLİN İŞIĞINI QORUMAQ
  • 31-07-2025, 12:37
    Kolleclərə ixtisas seçimi BAŞLAYIB
  • 31-07-2025, 12:36
    Özəl universitetlərdə də dövlət sifarişi ilə təhsil mümkündür
  • 31-07-2025, 12:35
    Bakıda bu qədər müəllim işdən kənarlaşdırılıb - RƏSMİ
  • 31-07-2025, 12:35
    İxtisas seçiminin vaxtı AÇIQLANDI
  • 31-07-2025, 12:34
    Yanlış ixtisas seçimi işsizliyə səbəb ola bilər - nə etməli?
  • 31-07-2025, 12:32
    Xarici ölkələrdə məktəbləri çantalarının ağırlığı nəzarətdə saxlanılır
  • 31-07-2025, 12:31
    Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçiriləcək
  • 30-07-2025, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • 30-07-2025, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • 30-07-2025, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • 30-07-2025, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • 30-07-2025, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • 30-07-2025, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • 30-07-2025, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • 30-07-2025, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • 30-07-2025, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • 30-07-2025, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
30-07-2025, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
30-07-2025, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
1-08-2025, 17:49
Səhiyyə Nazirliyi və “Şıx” Sanatoriyasındakı saxta “termal su” fırıldağı, “Kurort” QSC-nin «müalicə» biabırçılığı və kimyəvi menyu
2-08-2025, 17:01
Elm və Təhsil Nazirliyi günahkardır, yoxsa Səhiyyə Nazirliyi???
2-08-2025, 14:28
Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərə alternativ seçim veriləcək? - RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə