Təhsildə davamlı yeniliklər olur. Müəllimlərə dəstək olmaq üçün təlimlər keçirilir. Müəllimlər tərəfindən bu birmənalı qarşılanmır. Çox müəllim bu təlimləri mənalı, keyfiyyətli hesab etmir. Vaxt çatışmazlığı problemi olduğunu, təlim vaxtının çox olduğunu vurğulayırlar. Hətta yeniliklər yorur, motivasiya yoxdur. Təlim sayının çox olması, davamlı təlimlərdə olmalarını, internet problemini, ailə qayğılarını əsas gətirirlər. Bununla yanaşı, keçirilən təlimlərdə ciddi boşluqlar var. Əvvəla, təlimlərdə heç də həmişə savadlı kadrlar iştirak etmir. Metodika və Pedaqogika sahəsinə uğur qazanmış insanlar yox, "müəyyən yollarla" işə düzələnlər edirlər. Bu da öyrədilən məlumatların düzgün çatdırılmamasına, birbaşa Azərbaycanda təhsil sisteminində problemlərin yaranmasına, qarşıya qoyulan məqsədlərin həyata keçməməsinə, planın uzanmasına və savadsızlığa səbəb olur. Beləliklə də, müəllimlərin keyfiyyət göstəriciləri düşür.
Təlimlər könüllü olsa da, məcburetmə hallarından da şikayət edənlər çoxdur. Müəllimləri məcburi təlimlərə cəlb edirlər və iştirak etməyənləri regional təhsil şöbələrinin müdirləri ilə, maaşlarından tutulması ilə qorxudurlar.
Təlimçilərin də təlimi yolaverməsindən şikayət edənlər də az deyil. Təlimçilərin ciddi yanaşmaması, səthi yanaşıb sadəcə saatları doldurmalarına fikir verirlər.
Ən maraqlı məqamlardan biri də təlimçilərin tam öyrətməməsindən şikayət edirlər. Fasilitatorluq, subyekt-subyekt münasibəti anlayışı bəzən təlimçilərin lazım olan məlumatları verməməsi, davamlı özlərinin axtarması, tapması, münasibət bildirmələrini tələb etmələrinə bəhanə edirlər. Verilən suallara tam cavab verməmələri, özlərinin nümunə göstərməmələri müəllimlər tərəfindən xoş qarşılanmır. Praktika üçün bir nümunə görüb etmək müəllimlərə daha keyfiyyətli şəkildə qavrama verir. Amma təlimçilər bunları təmin etmirlər.