Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzində “Demo Day” tədbiri keçirilib.
Tədbirdə IGNITE inkubasiya proqramını uğurla bitirən 6 startap komandası (“BronKing”, “Bron.”, “Connectify”, “KingJob”, “Bonjur” və “Eathanos”) innovativ ideyalarını və ilkin məhsullarını potensial investorlara və partnyorlara təqdim ediblər.
Birinci yerə “Bron.”, ikinci yerə isə “Eathanos” startapı çıxıb. Hər iki startap 5000 manat məbləğində ilkin toxum investisiya əldə edib.