Şamaxı İncəsənət Təhsili Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə bayram tədbiri kecirilib.
TehsilMedia.az xəbər verir ki, tədbirdə iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək mərkəzin müəllim və şagird kollektivini, eləcədə tədbirə dəvət olunmuş şəhid və qazi övladlarını təbrik edib.
Tədbirin sonunda uşaqlara bayram sovqatı təqdim olunub.