Siyəzən rayon 1 saylı orta məktəbin 22 yaşlı müəllimi məktəbdə qarşılaşdığı xoşagəlməz hadisə ilə bağlı polisə müraciət edib.
Tehsilmedia.az-a verilən məlumata görə, müəllim həmin məktəbin 11-ci sinif şagirdi İ.H. tərəfindən şantaj olunduğunu bildirib.
Müəllim şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib.
Müəllim həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.
Onun sözlərinə görə, şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək intihara cəhd edib. Belə ki, o, intihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı Siyəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Adı çəkilən şagirdlər saxlanılaraq onların ifadələri alınıb. Lakin onlar məktəbli olduğu üçün sərbəst buraxılıblar.
Bu məsələnin həlli üçün aidiyyyəti qurumlara müraciət olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
Ümid edirik ki, problem tezliklə həll olunacaq.
Ülkər Abdurahmanlı