Ermənistanda 400-ə yaxın məktəb qonşu ölkələrin dillərinin tədrisində maraqlı olduğunu bildirib.
TehsilMedia.az saytı xəbər verir ki, bunu respublikanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan parlamentin növbədənkənar iclasında "Ermənistan hökumətinin (2021- 2026-cı illər) proqramının icrasının gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı deyib.
Eyni zamanda, o xatırladıb ki, məktəblər könüllülük əsasında qonşu ölkələrin dillərinin öyrənilməsini öz proqramlarına daxil edə bilərlər.
Nazirin dediyinə görə, məktəblər türk və Azərbaycan dillərinin tədrisinə böyük maraq göstərirlər, tələbat hər gün artmaqda davam edir. Lakin bu dillərin və gürcü dilinin tədrisi üçün mütəxəssis tapmaq çətin olduğundan, məktəblərin istəklərini reallaşdırmaq mümkün olmur.