Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan kitabxana müdiri, kitabxanaçı və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən TehsilMedia.az-a verilən məlumata görə, test imtahanı mərhələsində 500-dən çox namizəd iştirak edib.
Namizədlər 80 dəqiqə ərzində 40 sualı cavablandırmalı olublar.
Qeyd olunub ki, iştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcək.