Tanınmış türkoloq alim, Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən AMEA-nın Folklor İnstitutunda olub.
Bu barədə "
TehsilMedia.az"a Folklor İnstitutundan bildirilib.
Müəssisənin baş direktoru akademik Muxtar İmanov qonağa Azərbaycan-Türkiyə folklor əlaqələrinin bugünkü durumu və perspektivləri barədə danışıb. Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə müasir elmin aktual problemləri ilə bağlı maraqlı söhbət aparılıb.
Görüşdə “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədov və Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov da iştirak ediblər.