Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Rəqəmsallığa doğru gənc müəllimlərlə” layihəsinin 15 aprel tarixində açılış mərasimi keçirilib.
TehsilMedia.az xəbər verir ki, açılış mərasimi zamanı layihə rəhbəri və layihənin təlimçisi layihə barədə iştirakçılara ətraflı məlumat veriblər.
Açılış tədbirindən sonra təlimlərə start verilib. 15 aprel tarixində təlimlərin 1-ci və 2-ci hissələri keçirilib, 7 saat davam edib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır - 2022” qrant müsabiqəsinin qalibi olub.