Elm və Təhsil Nazirliyinin yeni strukturu təsdiqlənib.
TehsilMedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncamda əksini tapıb.
Elm və Təhsil Nazirliyinin yeni strukturu aşağıdakı kimi olacaq.
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatı.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi.
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.