Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Cəlal Əliyev qiraətləri” mövzusunda tədbir keçiriləcək.
Bu barədə
"TehsilMedia.az" a AMEA-dan məlumat verilib.
Bildirilib ki, seminarda əsas məruzəçi Macarıstan Elmlər Akademiyasının Bitki Biologiyası İnstitutunun Bioloji Tədqiqat Mərkəzinin laboratoriya müdiri, fotosintez tədqiqatları sahəsində tanınmış alim Gyozo Garab olacaq. Eləcə də fotosintez sahəsində yüksəkixtisaslı yerli alimlərin aktual mövzular üzrə məruzələri dinləniləcək.
Seminarda iştirak etmək istəyənlər afig.mammadov@gmail.com və ya ulduzagurbanova@gmail.com ünvanlarına özləri haqqında məlumatları təqdim etməklə qeydiyyatdan keçə bilərlər.