Mayın 7-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytından buraxılış vərəqəsini çap edə bilərlər.
DİM-dən "TehsilMedia.az"a bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.