AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türkologiya məsələləri” adlı məqalələr toplusu çap olunub.
Bu barədə "
TehsilMedia.az"a institutdan bildirilib.
Elmi şuranın qərarı ilə nəşr olunan məcmuənin elmi redaktorları Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, rəyçilər filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova, dosent Elnarə Əliyevadır.
Topluda “Türk dillərində mətnin linqvokultoroloji təhlili təcrübəsindən”, “Özbək dilinin fonemlər sistemi Azərbaycan dili ilə müqayisədə”, “Qırğız və Azərbaycan dillərinin fonetik ssitemi”, “Müasir türk dilində fonetik hadisələr”, “Azərbaycan və başqırd dillərində sait səslərin müqayisəli təhlili” və sair məqalələr öz əksini tapmışdır.
Kitabdan dilçilər, dil tarixi və türkologiya sahəsində tədqiqat aparan doktorant və dissertantlar istifadə edə bilərlər.