Lənkəranda “İlin gənci” nominasiyaları üzrə mükafatlar təqdim olunub. Azərbaycan Gəncləri Günü və Lənkəran şəhərinin 2024-cü il üçün “Gənclər paytaxtı” seçilməsi münasibətilə keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra Lənkəran Dövlət Universitetində “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Daha sonra gənclər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini İndira Hacıyeva təqdim ediblər.
Mükafatlandırılma mərasimindən sonra nazir Fərid Qayıbov gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Sonda gənclər və idman naziri gəncləri maraqlandıran sualları cavablandırıb.