Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov “Erasmus +” proqramı universitet və elmi-tədqiqat institutları əməkdaşlarına nə vəd edir?” mövzusunda seminar təşkil edib.İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, o, seminar iştirakçılarına “Erasmus+” proqramının imkanlarından danışıb. Bildirib ki, Avropa İttifaqının “Erasmus+” proqramı 1987-ci ildə yaradılıb və büdcəsi 30 milyard avrodur. Proqram çərçivəsində həm tələbə-müəllim mübadiləsinə, həm də layihələrdə fəal iştiraka xüsusi önəm verilir. Azərbaycan vətəndaşları da bu proqramdan yararlanmaq imkanı əldə ediblər.
R.Xəlilov universitet və elmi-tədqiqat institutları əməkdaşlarının bu proqramda iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıb. O, institut əməkdaşlarını “Erasmus +” proqramında yeni layihələrlə iştirak etməyə çağırıb.