Fevralın 8-də AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində 2024-cü ilin Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, növbəti seminar-məşğələ keçirilib.
Seminar-məşğələyə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki müdafiə qərargah rəisləri cəlb ediliblər.
Seminar-məşğələni giriş sözü ilə açan şöbənin rəisi Oqtay Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Əsas diqqəti AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən imzalanmış 5 dekabr 2023-cü il tarixli AMEA Rəyasət Heyətinin sərəncamından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə yönəldilməsini bir daha vurğulayıb.
Daha sonra Oqtay Fərzəlyev 1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününün keçirilməsi üçün hazırlıq işlərinin aparılması məsələlərini də diqqətə çatdırıb.
Şöbə müdiri AMEA-nın elmi müəssisə və təşkilatlarında olan Mülki Müdafiə əmlaklarının yenilənməsi istiqamətində işlərin aparılmasının vacibliyini də qeyd edib.
Sonda normativ hüquqi aktlarla, sənədlərin qanunvericiliyin tələblərinə uyğun icra olunması haqqında məlumat verilib.