Mayın 8-də Bakı Slavyan Universitetinin (BSU) kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
TehsilMedia.az xəbər verir ki, BSU rəhbərliyi, əməkdaşları və tələbələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.