Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib.
Bu barədə "TehsilMedia.az"a AzTU-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU ilə DAAD-nin uzunmüddətli əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıblar.
Daha sonra DAAD-nin AzTU-da alman dilini tədris edən müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, magistratura və doktrantura səviyyələri üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.