"BDU könüllüləri" təşkilatının və “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Ümid etmə, ümid ol!" adlı tədbir keçirilib.
Bu barədə "
TehsilMedia.az"a Bakı Dövlət Universitetindən (BDU) bildirilib.
Birliyin könüllüsü Dilşad Əzizli "Leykemiya nədir?", "Leykemiya ilə necə mübarizə aparmalı?" mövzularında təqdimat edib.
Birliyin digər könüllüləri də debat şəklində tələbələrə bu xəstəliyin yoluxma, qorunma yolları, xəstəlikdən əziyyət çəkən insanların mənəvi-psixoloji vəziyyəti ilə bağlı məlumatlar veriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.