Bakı Mühəndislik Universitetinin Mühəndislik fakültəsində cari tədris ilinin yaz semestrinin imtahan sessiyası ilə bağlı məlumatlandırma görüşü keçirilib.
BMU-dan "
TehsilMedia.az"a bildirilib ki, fakültənin dekanı, dosent Hüseyn Mirzəyev müəllimlər üçün imtahan təlimatı, həmçinin imtahan prosesi ilə bağlı bir sıra vacib məqamlara toxunub. Dekan imtahan suallarının tərtibi, tələbələr üçün nəzərdə tutulan məsləhət saatlarında müəllim və tələbələrin iştirakının təmini, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və s. məsələlərə ciddi riayət olunmasını tövsiyə edib.
Sonra fakültənin tədris işləri üzrə dekan müavini, dosent Osman Mirzəyev çıxış edərək müvafiq təlimatlardan irəli gələn məsələlərə toxunub.
Görüşdə müəllimləri maraqlandıran suallar cavablandırılıb.