Rezidenturaya qəbul olmaq istəyən şəxslər üçün yaş məhdudiyyəti müəyyən edilməyib.
Bu barədə "
TehsilMedia.az" Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd olunub ki, ixtisas seçiminə görə namizədlərin özləri məsuliyyət daşıdığı üçün DİM tərəfindən tövsiyə xarakterli hər hansı metodiki vəsait hazırlanmır. Lakin “Rezidentura” jurnalının 3-cü sayında namizədlərə ixtisas seçimini necə etmək haqqında məsləhət xarakterli məqalə və ötən il üçün rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid ballarını özündə əks etdirən material dərc edilir.