Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin sonuncu kursunda təhsil alanlar bütün hallarda sənədlərini təqdim edib magistratura imtahanında iştirak edə bilərlər.
TehsilMedia.az xəbər verir ki, ancaq müsabiqə şərtini ödəyərək müsabiqədən keçən bakalavlar qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyat keçirilənədək akademik borclarını ləğv etməlidirlər. Əks halda, həmin bakalavrlar qeydiyyatdan keçə bilməyəcəklər.
Bu isə onların yerləşdirildikləri ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və boş qalmış həmin yerlər üçün yenidən müsabiqə elan edilir.