"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.
Elm və Təhsil Nazirliyindən "TehsilMedia.az" a bildirilib ki, proses bu gün saat 23:59-da yekunlaşacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısını, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə etmək mümkündür.
Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək olar.