Bu tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geologiya mühəndisliyi və Hidrogeologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsində olublar.
Bu barədə "
TehsilMedia.az"a ADNSU-nun Neft-qaz geologiyası kafedrasından məlumat verilib. Bildirilib ki, Geologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrdən 56-sı, Hidrogeologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrdən 22-si əsasən SOCAR Geofizika və Geologiya İdarəsi, “Kompleks Qazma İşləri” Tresti, Geoloji Kəşfiyyat Agentliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və digər müəssisələrdə lazımi iş təcrübələri qazanıblar.
Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələrindən 69-u isə Geoloji Kəşfiyyat Agentliyi, “Kompleks Qazma İşləri” Trestində istehsalat təcrübəsi keçiblər.