Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimi Cavanşir Qasımov 73 yaşında vəfat edib."
TehsilMedia.az" xəbər verir ki, bu haqda AzTU məlumat yayıb.
Cavanşir Qasımov 2003-ci ildən AzTU-da baş müəllim vəzifəsində çalışıb.
O, çoxsaylı elmi məqalə, metodik vəsait, dərs vəsaiti və fənn proqramının müəllifi olub.