Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə oktyabrın 10-dan 13-dək “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda gənc alim və tələbələrin IX ənənəvi beynəlxalq elmi konfransı keçiriləcək.
İnstitutdan "
TehsilMedia.az"a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfransda 10-dan artıq ölkədən nümayəndələr iştirak edəcəklər. Tədbirdə xarici ölkə alimləri ustad dərsləri keçəcəklər.
Oktyabrın 10-11-də müxtəlif bölmələr üzrə elmi müzakirələr aparılacaq. Növbəti gün poster müzakirələr, konfransın nəticələrinin müzakirəsi və sertifikatların verilməsi mərasimi keçiriləcək. Konfransın sonuncu günü isə tədqiqatlarda iştirak, geoloji obyektlərə ekskursiya təşkil olunacaq.