29 oktyabr saat 11:00-da Bakı Mühəndislik Universitetində informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı təşkil ediləcək.Bu barədə
"TehsilMedia.az" a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, seçmə imtahanında 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə qalib və finalçı şagirdlər dəvət edilib.
Qeyd edək ki, informatika fənni üzrə hazırlıq prosesi “Azercell Telecom”un dəstəyi ilə həyata keçirilir.