Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində İtaliyanın G d’Annunzio Chieti–Pescara Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə iştirak edib.
Bu barədə
"TehsilMedia.az" a ATMU-dan məlumat verilib.
Bildirilib ki, tədbirdə iştirakçıların yekdil qərarına əsasən ATMU, İtaliyanın və Balkan ölkələrinin bir sıra universitetləri “Erasmus+” layihəsinin 3 illik fəaliyyəti dövründə tələbə-müəllim mübadiləsini və uyğun təlimlərin təşkilatçısı funksiyasını icra edəcəklər.