Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “EBSCO” platformasından istifadə imkanlarına dair silsilə vebinarlara başlayır.
Bu barədə Təhsilmedia.az-a BDU-dan məlumat verilib.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində keçiriləcək vebinarlar “EBSCO” nəşriyyatının təlim mütəxəssisi İrina Serjanın iştirakı ilə rus dilində və ödənişsiz aparılacaq. Qeydiyyatdan keçmək üçün ətraflı məlumatla universitetin saytında tanış olmaq mümkündür.